Poroşenko Azərbaycana gəlməyə hazırlaşır

Poroşenko Azərbaycana gəlməyə hazırlaşır
  08 May 2015    Oxunub:2098
Ukrayna Prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfəri gözlənilir.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko jurnalistlərə bildirib.

Səfir A.Mişenko səfərin dəqiq tarixi barədə məlumat verməyib: "Biz istəmirik ki, səfər xatirinə səfər reallaşsın. Biz müsbət nəticələrin olmasını istəyirik və buna görə də, səfərlə bağlı hazırlıq işləri aparılır".

AzVision.az


Teqlər:  





Xəbər lenti