ABŞ Koçaryan ailəsini ölkəyə buraxmadı

ABŞ Koçaryan ailəsini ölkəyə buraxmadı
  08 May 2015    Oxunub:3063
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon və onun həyat yoldaşı, müğənni Siruşo bu dəfə ABŞ-a səfər edə bilməyəcək.
AzVision.az bu barədə Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, ABŞ səfirliyi Koçaryan cütlüyünə viza verməkdən imtina edib.

“Məsələ bundadır ki, onlar ABŞ-da övladları dünyaya gəldiyi zaman vizalarında bu ölkədə qaılmaq üçün göstərilən vaxtı keçiblər”, - deyə qəzet yazır.

Nəşr vurğulayır ki, onlar məlumatı müğənni vasitəsilə dəqiqləşdirməyə çalışıblar. Lakin müğənni bu xəbəri nə təsdiq, nə də təkzib edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti