Nazarbayev andiçməsində Sarkisyana mesaj göndərdi
“Biz strateji tərəfdaşlarımız Rusiya, Çin, ABŞ Avropa İttifaqı, İslam Dünyası ilə əməkdaşlığımızı davam etdirəcəyik. Biz Beynəlxalq təşkilatlarla aktiv şəkildə işləyəcəyik. Mərkəzi Asiyanın lideri kimi Qazaxıstan bu regionda təklüləsizlik arxitekturası, iqtisadi inkişafı dəstəkləyəcək”, - deyə Nazarbayev vurğulayıb.
O, vurğulayıb ki, Qazaxıstanı Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə tərəfdaşları Rusiya, Belarus, Qırğızıstan və Ermənistanla əlaqələrə xüsusi önəm verəcək: “Qazaxıstan diplomatiyası İslam dünyası və Postsovet məkanında kəskin regional münaqişələrin dinc yolla həll edilməsi üzrə səylərini artıracaq”.
Eldar Tanrıverdiyev
AzVision.az