Prezident və xanımı 8 milyondan çox qazanıb

Prezident və xanımı 8 milyondan çox qazanıb
  21 Aprel 2015    Oxunub:3311
Çeçenistan prezidenti Ramzan kadırov 2014-cü ildə 4 milyon 835 min 397 rubl (94 min 759 manat) əldə edib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Çeçenistan hökumətinin rəsmi saytında məlumatı yerləşdirilib.

Gəlir haqqında olan bəyannaməyə əsasən prezidentin 3min 688 kvadratmetr torpaq sahəsi və 2 min 344 kvadratmetr həcmində evi var.

Çeçenistan prezidentinin xanımının isə gəlirləri 3 milyon 360 min rubl (65 min 837 manat) gəlir əldə edib. Bundan əlavə birinci xanımın 209,8 kvadratmetr evi də var.

Qeyd edək ki, 2013-cü ildə Çeçenistan prezidenti 4 milyon 297 min 195 rubl ( 84 min 129 manat) gəlir əldə etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti