Ərəb müharibəsi: 26 ölü, 200 yaralı

Ərəb müharibəsi: 26 ölü, 200 yaralı
  20 Aprel 2015    Oxunub:1241
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin şiə üsyançıları -husilərin raket anbarlarına endirdiyi aviazərbələr endirib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Yəmən paytaxtı Sanaya endirilən aviazərbələr nəticəsində 26 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Yəmən ordusundan olan mənbənin sözlərinə görə, paytaxt ərazisində raket partlayışları davam edir.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti