Ərdoğan Obamanı görüşə çağırdı

Ərdoğan Obamanı görüşə çağırdı
  20 Aprel 2015    Oxunub:1806
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri çərçivəsində Barak Obama ilə görüşə biləcəyini deyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Amerikanın Merilənd vilayətində Türk-Amerikan Mədəniyyət Mərkəzinin açılış mərasimdə baş tuta bilər.

“Prezident Ərdoğan Obamayla telefon danışığında mərkəzin açılışını birgə etməyi təklif edib və Obama etiraz etməyib” – deyə Çavuşoğlu bildirib.

Nazir əlavə edib ki, adı çəkilən Mərkəz ABŞ-da bütün müsəlmanların birgə ibadət edəcəyi yer kimi inşa edilib. Məscid və Mədəniyyət Mərkəzinin açılışının Ərdoğanın iştirakı ilə tezliklə baş tutacağı gözlənilir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti