Polkovnik Putinin xahişilə arvadına it aldı

Polkovnik Putinin xahişilə arvadına it aldı
  20 Aprel 2015    Oxunub:2175
Rusiyada istefada olan polkovnik Boris Fadeyev prezident Vladimir Putinin canlı yayımda vətəndaşların suallarını cavablandırarkən ona ünvanlanmış xahişinə əməl edərək arvadına it alıb.
Virtualaz.org saytı xəbər verir ki, Rostovdan olan polkovnik Boris arvadının ad gününə bir neçə gün qalmış ona it hədiyyə etməyə razılaşıb. Bu haqda polkovnikin arvadı Yelena bildirib. “Ərim mənə heç nə demədi. Oğlumla evdən çıxdı, it yetişdirən tapdı və aldı. İstədiyim kimi erkək it alıb. Adını Qoşa qoyduq”-o deyib.

Yelenanın bildirdiyinə görə, Putinin canlı yayımda müraciətindən sonra əri şokda olub, heç bir vəd verməyib və nə edəcəyinə dair götür-qoy edib. Nəhayət iti almağa qərar verib.

Aprelin 16-da Putinə canlı yayımda Yelenanın rəfiqəsinin müraciəti oxunub. O, Ali baş komandan kimi Putindən xahiş edirdi ki, polkovnik Borisin arvadına it saxlamağa icazə verməsini xahiş etsin. Çünki Boris bütün hərbçilər kimi qətiyyətli adamdır və sözündən dönmək istəmir. Ancaq Ali baş komandan göstəriş versə o, fikrini dəyişər. Putin isə belə cavab vermişdi ki, Boris istefada olduğu üçün ona birbaşa əmr edə bilməz. Üstəlik Boris mənə deyə bilər ki, əvvəlcə sən öz məsələni həll elə. Və haqlı da olacaq. Buna baxmayaraq mən Borisdən xahiş edə bilərəm. Boris, zəhmət olmasa, xeyirxah ol, arvadına it almağa icazə ver”-dövlət başçısı bildirib.


Teqlər:





Xəbər lenti