WhatsApp-dan daha bir yenilik

"Android" platforması üçün səsli zəng xidmətini istifadəyə verən WhatsApp artıq "Windows Phone" istifadəçiləri üçün də bu xidməti təqdim edəcək.
Mətbuata sızan görüntülərdən "Windows Phone" platforması üçün yeni zəngli səs xüsusiyyətinin hazırlandığı məlum olub.
Qeyd edək ki, WhatsApp istifadəçilərinin sayını artırmaq üçün yeniliklər etməkdə davam edir. WhatsApp-ın qurucusu Jan Koum Facebook səhifəsindən mesajlaşma proqramının 800 milyon aylıq aktiv istifadəçi olduğunu bildirib.
Teqlər: