Türkiyə YouTube və Twitter-ə girişi blokladı
Hadisə vaxtı ifrat solçu DHKP-C qrupuna məxsus olduğu deyilən iki silahlı şəxs İstanbulun mərkəzi məhkəmə binasında prokuroru girov götürmüşdülər. Həyata keçirilən polis əməliyyatı silhalılar və prokurorun ölümü ilə nəticələnib.
Hakimiyyət şəkilləri yayımlamış medianı hücumu törədənlərin xeyrinə “terrorçu təbliğatı”nda suçlayır.
DHKP-C Türkiyə, Aİ və ABŞ tərəfindən terrorçu qrupu tanınır.
Vebsəhifələrə blokun qoyulmasından əvvəl qəzetlərə müvafiq görüntülərin çap edilməsi yasaqlanmışdır.
Prokuror Mehmet Selim Kirazın başına tapançanın dirəndiyini əks etdirən fotoşəkillər sosial mediada da geniş yayıldığı üçün hakimiyyəti addım atmağa sövq edib, Türkiyənin Hurriyet nəşri yazır.
Bloklanan saytlar arasında Facebook-da olub. Lakin belə güman edilir ki, şəkillərin yığışdırılmasından sonra şəbəkəyə giriş qadağası qaldırılmışdır.
Bu internet saytları və şəbəkələrin fəaliyyətiniə qoyulan ilk qadağa halı deyil.
2014-cü ildəki seçkilərdən öncə hakimiyyətdə korrupsiya iddiaları ilə bağlı məlumatların yayılmasından sonra sosial mediaya giriş bloklanıb.
Twitter şəbəkəsinin rəqəmlərinə əsasən Türkiyə ötən ilin iyulundan dekabr ayınadək sosial mediadan məlumatları yığışdırmaq tələblərinin sayına görə dünya lideri olub. (bbc)
Teqlər: