`Acı çəkməsin deyə boğazını kəsdim` - Atasını öldürən aktyor
Psixoloji problemləri olduğunu deyən Orhan, ailəsinin məsləhətilə bir müddət əvvəl müalicə aldığını da deyib. Yaxınlarının tövsiyyələri ilə dincəlmək üçün atası ilə Durak Köyünə yola düşdüyünü, qətl hadisəsinin də məhz bu yolçuluqda baş verdiyini açıqlayıb.
"Cümə axşamı atamla birlikdə baba yurduna kəndə gedirdik. Yol uzaq olduğundan tualet ehtiyaclarını ödəmək üçün avtomobildən endik. Atam yol kənarındakı tarlaya girdi. Bu arada bir səs mənə "atanı öldür, yanımıza gəl" dedi. Mən də bu səsi dinləyərək geri döndüm və maşının yük yerindəki bıçağı götürüb atamın arxasınca tarlaya girdim. Yanına çatdıqda, "ata, üşüyürəm, mənə adyalı gətir" dedim. Atam adyalı gətirib mənə verdi və arxasını dönüb gedəndə bıçaqla vurdum. Kürəyindən vurduğum ilk zərbədə məndən üzr istədi. Öldürmək fikrindən vaz keçəcəkdim, amma o bu durumumdan istifadə edib əlimi dişlədi. Hirsləndim... Atam da məni söyməyə başladı. Söyüşlərini eşidincə özümü itirdim və yorulana qədər vurdum. Özümə gəlincə atamın ağrılardan əziyyət çəkdiyini gördüm və acı çəkməsin deyə boğazını kəsdim"
Cinayəti sakit şəkildə anlatan Orhan Şimşək atasının öldüyününü dəqiqləşdikdən sonra torpaqla təyəmmüm dəstəmazı alıb. Sonra jandarmaya gedərək təslim olub. Orhan Şimşəkin etirafının ardından polis əməkdaşları və kənd camaatı atası Əli Şimşəkin cəsədinin axtarışına çıxırlar. Saatlarla sürən axtarışdan sonra atası boğazı kəsilmiş halda tarlada tapılır.
Müstəntiqə ifadəsinin ardınca məhkəmənin çıxardığı qərarla həbsxanaya göndərilib. Edam edilməsini istəyən aktyor, cəzasını bir nəfərlik kamerada çəkir. (Ans)
Teqlər: