İrandan dünyaya barış mesajı

İrandan dünyaya barış mesajı
  05 Aprel 2015    Oxunub:1963
İran dünyanın bütün dövlətləri ilə yaxın əlaqələr qurmaq istəyir və bunun üçün yaxşı imkan yaranıb.
Bu sözləri İranın dövlət televiziyasında çıxış edən Prezident Həsən Ruhani deyib.

Prezident bildirib ki, İran xalqı Qərbin tətbiq etdiyi iqtisadi sanksiyaların aradan qaldırılmasını gözləyir. Əldə edilən razılaşmanın yerinə yetirilməsi və sanksiyaların ləğvi sosial-iqtisadi inkişafa təkan verəcək. İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamneyiyə danışıqlara dəstək verdiyi üçün təşəkkür edən Həsən Ruhani deyib: “Biz bütün dünya ölkələri ilə əməkdaşlıq əlaqələrimizi yaxşılaşdırmağa çalışırıq. Hansı ölkə ilə əlaqələrimiz yaxşıdır qoy daha yaxşı olsun, hansı ölkə ilə soyuqdursa istiləşsin, gərginlik olanla gərginlik aradan qalxsın”.

Prezident Həsən Ruhaninin televiziya ilə çıxışından sonra Tehran sakinləri küçələrə çıxaraq Qərblə əldə edilən razılaşmanı izdiham və alqışlarla qarşılayıblar.

Ekspertlər Prezident Həsən Ruhaninin siyasi nüfuzunun ölkə daxilində və beynəlxalq aləmdə artdığını bildirirlər. (Azərtac)


Teqlər:  





Xəbər lenti