Şəkinin məşhur hava proqnozu `Milyonçu`da - VİDEO

Şəkinin məşhur hava proqnozu `Milyonçu`da - VİDEO
  02 Aprel 2015    Oxunub:3501
Şəkidə fəaliyyət göstərən Kanal S televiziyasının 2014-cü il martın 8-də efirə verdiyi hava proqnozu o qədər maraqlı və orijinal olub ki, həmin kadrlar artıq Türkiyə kanallarına ayaq açıb.
Türkiyədə yayımlanan "Milyonçu" şousunda Şəki ləhcəsində səsləndirilən hava proqnozu sual formasında qoyulub. Danışığın hansı sahəyə aid olduğu soruşulub.

Şəki kanalında səsləndirilən hava proqnozunun verilişdə səsləndirilməsi aparıcı başda olmaq şouda iştirak edən şəxsin və zaldakıların gülüşünə səbəb olub.

Qeyd edək ki, suala düzgün cavab verən şou iştirakçısı 3 min lirə qazanıb.






Teqlər:





Xəbər lenti