“İphone”-a görə anasını iki dəfə zəhərlədi – Dəhşət

“İphone”-a görə anasını iki dəfə zəhərlədi – Dəhşət
  21 Mart 2015    Oxunub:3319
ABŞ-ın Kolorado ştatının Boulder dairəsinin gənc sakininə qarşı anasını zəhərləyərək öldürmək haqqında ittiham irəli sürülüb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən 12 yaşlı qız iki dəfə öz anasını öldürməyə cəhd edib. İlk hal martın 2-i baş verib.

Səhər yeməyi zamanı qızı anasına südlü kokteyl hazırlayıb. Lakin 12 yaşlı qız südə ağardıcı qatıb. Qadın polisə bildirib ki, kokteyli içərkən onun qəribə dadı olduğunu hiss edib. Ancaq ana qızının stəkanı təmiz yumamasını zənn edərək bu hadisənin üstündən keçib.

Növbəti gün isə qız anasının yataq otağında saxladığı qrafinin içərisinə ağardıcı töküb. Qadın bu dəfə xlor iyini hiss edib. Bundan sonra ana qızı ilə söhbət edərək 12 yaşlı qızının onun öldürmək istədiyini öyrənib. Qız bu hərəkətini anasını onun “İphone”nu alması ilə izah edib.

Polislər 12 yaşlı qızı həbs edərək yeniyetmə yaşına çatmamış cinayətkarlar üçün mərkəzə yerləşdiriblər.

Ananın qızından smartfonu alma səbəbi isə açıqlanmır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti