Rusiyada energetik içkilər qadağan olundu

Rusiyada energetik içkilər qadağan olundu
  18 Mart 2015    Oxunub:4018
Rusiyanın Moskva şəhərində mayın birindən etibarən tərkibində alkoqol olan energetik içkilərin satışı qadağan olunub.
AzVision.az-ın “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərarı Moskva Şəhər Şurası təsdiqləyib.

İlkin olaraq qadağanın aprel ayının birindən qüvvəyə minəcəyi planlaşdırılırdı. Lakin qanun layihəsinin müəllifi, deputat Kirill Şitov bəyan edib ki, əlavə bir ay qanunla bağlı administrativ normaların hazırlanmasına sərf ediləcək.

Qeyri-rəsmi məlumatlara görə, hər il Rusiya paytaxtında tərkibində alkoqol olan 10 milyon litr həcmində energetik içki satılır.

Qeyd edək ki, ötən ilin noyabr ayından Rusiyanın Sankt-Peterburq şəhərində də spirtli energetik içkilər qadağan olunub. Şəhər Şurası spirtli energetik içkilərin qadağan olunması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Tərkibində 1.5%-dən çox spirt olan energetik içki satan fiziki şəxsləri 3 min rubldan 5 min rubla qədər, hüquqi şəxsləri isə 200 min rubldan 300 min rubla qədər cərimə gözləyir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti