Bakıda böyük tıxac var- FOTOLAR

Bakıda böyük tıxac var- FOTOLAR
  11 Mart 2015    Oxunub:2339
Bakının Ziya Bünyadov prospektində bir neçə saatdır böyük tıxac müşahidə olunur.
Prospektin "Koroğlu" metro stansiyası istiqamətində olan hissəsində nəqliyyatın hərəkətində ciddi problem var. Tıxac "Çermet körpüsü" adlanan ərazidən başlayır və Heydər əliyev prospektinədək davam edir.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Ziya Bünyadov prospektindən Heydər Əliyev prospekti istiqamətində, körpünün üstündə aparılan təmirlə əlaqədar Böyükşor şosesi istiqamətində hərəkət edən sürücülər H.Əliyev prospektinin kənar yoluna keçməklə Bağırov körpüsündən dönərək Böyükşor şosesindən istifadə edə bilərlər.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti