Kəlbəcər girovları “məhkəmə”də – YENİ FOTOLAR

Kəlbəcər girovları “məhkəmə”də – YENİ FOTOLAR
  26 Fevral 2015    Oxunub:6402
Kəlbəcər rayonunda girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma `məhkəmə` prosesi başlayıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev qondarma “məhkəmə”nin qərarına etiraz edərək bildiriblər ki, onlar heç-bir qanunu pozmayıblar, yalnız öz ata-baba torpaqlarını ziyarət ediblər.

AzVision.az “Apelyasiya məhkəmə”ində çəkilən fotoları oxuculara təqdim edir:






Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti