`AŞPA prezidenti Leyladan yox, Xocalıdan yazsın`

`AŞPA prezidenti Leyladan yox, Xocalıdan yazsın`
  26 Fevral 2015    Oxunub:1418
“Mən Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsinin davam etməsindən ciddi narahatam”,- deyə Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser (Anne Brasseur) Twitter-dəki mikrobloqunda yazıb. Leyla və Arif Yunusların həbs müddətinin uzadılmasına toxunan xanım Brasser Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin standartlarına hörmət etməyə çağırıb.

Məsələyə münasibət bildirəm Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasserin belə bir mövqeyinin Xocalı soyqırımı ərəfəsində verilməsinin təsadüfi olmadığını dedi:
- Fevral ayının 15-dən başlayaraq ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən təşkilatlar Xocalı soyqırımı ilə bağlı ciddi tədbirlər həyata keçirməkdədirlər. Bütövlükdə bu tədbirlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət” kompanyası çərçivəsində sistemli şəkildə dünya ölkələrinin parlamentlərində, senatlarında, konqreslərində müzakirə olunur. Belə bir gərgin məqamda Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasserin Xocalı soyqırımına münasibət bildirməməsi, əksinə ermənipərəst Leyla və Arif Yunusların, Xədicələrin hüquqlarının bərpasını tələb etməsi cəmiyyətimizdə ikrah hissi oyadır və ikili standartdan xəbər verir. Bu, eyni zamanda AŞPA-nın ölkəmizə, münaqişəyə olan münasibətinin göstəricisidir.

Səbuhi Abbasov deyib ki, Ann Brasserin twitter səhifəsində hər kəs öz etirazını bildirməlidir: “Qarabağ münaqişəsi zamanı, bütövlükdə bu konflikt nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün düşüb. Bunların hüquqi niyə bugünə qədər AŞPA-da müzakirə olunmayıb? Niyə yüzlərlə azərbaycanlını ermənilər tərəfindən xüsusi amansızlıq və vəhşiliklə qətlə yetirilməsini AŞPA qəbul etmir? Niyə AŞPA-a tələblərinə hər zaman zidd gedən Ermənistan haqqında Ann Brasser kəskin münasibət bildirmir? Niyə ölkədə media və QHT sektoruna olan münasibəti təhlil edərkən Azərbaycanda fəaliyyət göstərən təşkilatların və KİV orqanlarının rəyi nəzərə alınmır? Hesab edirəm ki, biz artıq bu və bu kimi ədalətsizliklərə cavab verəcək dərəcədə güclənmişik. Heab edirəm ki, QHT-lər birmənalı şəkildə bu məsələ ilə bağlı mövqe ortaya qoymağı bacarmalıdırlar”


Teqlər:





Xəbər lenti