Səfirliyin maşını partladıldı – ölən var

Səfirliyin maşını partladıldı – ölən var
  26 Fevral 2015    Oxunub:1570
Əfqanıstanın paytaxtı Kabildə Türkiyə səfirliyinə məxsus nəqliyyat vasitəsi partladılıb.
AzVision.az xəbər verir ki, hadisə nəticəsində bir türk ölüb, digəri isə yaralanıb. Partlayışın məsuliyyətini Taliban terror təşkilatı öz üzərinə götürüb.

Bombalı maşının Türkiyə səfirliyinə məxsus nəqliyyat vasitəsini qəsdən partlatdığı barədə məlumatı Əfqanıstanın daxili işlər nazirinin müavini Əyyub Salanqi verib. Salanqi əlavə edib ki, partlayışda ölən şəxs avtomobilin sürücüsü olub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti