Baş nazir danışarkən spiker "Candy Crush" oynadı

Baş nazir danışarkən spiker "Candy Crush" oynadı
  26 Fevral 2015    Oxunub:1769
İspaniya parlamentində Baş nazir Mariano Raxoy çıxış edən vaxt spikerlik edən xanım Selia Vilyalobos tabletdə "Candy Crush" oynayarkən görüntülənib.
Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, parlamentin iclası ilin ən önəmli çıxışı kimi qəbul edilən "Milli Dövlət Debatları"na həsr olunmuşdu.

Bu debatlar çərçivəsində Baş nazirin iqtisadi islahatlarla bağlı çıxışını dinləməkdənsə, spikeri əvəz etmiş S.Vilyalobosun oyun oynaması mobil telefonla çəkilib.

Xanım siyasətçi M.Raxoyun lideri olduğu Xalq Partiyasının ən önəmli simalarından biridir.

Qeyd edək ki. "Milli Dövlət Debatları" ildə bir dəfə keçirilir və bunu televiziya vasitəsilə milyonlarla insan izləyir.


Teqlər:





Xəbər lenti