41 yaşlı ermənidən iyrənc hərəkət

41 yaşlı ermənidən iyrənc hərəkət
  25 Fevral 2015    Oxunub:3004
Vladimirsk vilayətində (Rusiya) 41 yaşlı Ermənistan vətəndaşının cinayət işi üzrə araşdırma başa çatıb.
Oxu.Az "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, o, 10 yaşlı qızın zorlamaqda ittiham edilir.

İstintaq komitəsinin verdiyi məlumata əsasən, valideynləri ayrıldıqdan sonra 2007-ci ildən qız anası və yaxın qohumlarının yanında qalıb.

2013-cü ilin mayında qızın Moskvada işləyən nənəsi asudə vaxtlarında evə gəlməyə başlayır. 2013-cü ilin yayında və payızında kişi uşağın otaqda tək olduğu vaxtları seçərək, onu dəfələrlə zorlayıb.

Qorxmuş uşaq təbii ki, bunu heç kimə danışmır. Bütün bu dəhşət 2014-cü ilin yanvarın 3-dək, uşağın xalası hadisədən xəbər tutana qədər davam edir. O, uşağın atası ilə əlaqə saxlayır, ata isə öz növbəsində hər şey haqqında polisə xəbər verir.

İstintaq zamanı aydın olur ki, uşağın ailəsi bir qədər qalmaqallıdır. Anası və nənəsi tez-tez içki içirdilər, nənə isə məşuqunun nəvəsinin başına açdığı oyunu bildiyi halda uşağı yalan ifadə vermək üçün dilə tutub.


Teqlər:





Xəbər lenti