Sabah Kəlbəcər girovlarının “məhkəmə”si keçiriləcək

Sabah Kəlbəcər girovlarının “məhkəmə”si keçiriləcək
  25 Fevral 2015    Oxunub:1955
Kəlbəcər girovları Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma `məhkəmə` prosesi keçiriləcək.
Qondarma `məhkəmə` prosesi Xocalı faciəsinin ildönümü günü - fevralı 26-ı baş tutacaq.

Qeyd edək ki, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev qondarma “məhkəmə”nin qərarına etiraz edərək bildiriblər ki, onlar heç-bir qanunu pozmayıblar, yalnız öz ata-baba torpaqlarını ziyarət ediblər.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti