Deputatları dalaşdıran qanun layihəsi

Deputatları dalaşdıran qanun layihəsi
  25 Fevral 2015    Oxunub:2437
Türkiyə Böyük Millət Məclisində daxili təhlükəsizlik paketinin müzakirələri zamanı növbəti dəfə gərgin anlar yaşanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə Xalqın Demokratiya Partiyası (HDP) üzvləri paketə etiraz ediblər. Belə ki, partiya üzvləri etiraz olaraq üzlərini bağlayıblar. Gecə saatlarına qədər davam edən müzakirələrdə yenidən ciddi fikir ayrılıqları olsa da paketin ilk 20 maddəsinin müzakirəsi başa çatıb.






Daxili təhlükəsizlik paketi nədir?

Daxili təhlükəsizlik paketi kimi tanınan “Polisin vəzifə və səlahiyyətləri haqqında” qanun layihəsi polisin səlahiyyətlərini artırmağı nəzərdə tutur. Hökumətin layihə ilə bağlı verdiyi açıqlamaya görə, qanun layihəsi qəbul olunacağı təqdirdə polisin səlahiyyətlərində aşağıdakı dəyişikliklər olacaq:

“Molotov kokteyli” hücum vasitəsi kimi qiymətləndiriləcək, üzündə maska olan etirazçılar cəzalandırılacaq, nümayişlərə, etiraz aksiyalarına silahla qatılanlar 2 il yarımdan 4 ilə qədər həbs olunacaq, polisin vətəndaşlar və avtomobillərdə axtarış aparmaq səlahiyyətləri artırlacaq.





Qanun layihəsinə əsasən polisdə saxlanma müddəti 24 saata çatdırılacaq. Bu müddət prokurorun qərarı ilə 48 saata da çatdırıla bilər, aksiyalar zamanı ətrafa dəyən ziyanı aksiya iştirakçıları ödəyəcək. Virtual mühitdə nifrət və terror təbliğ etmək də cinayət sayılacaq və .
Qeyd edək ki, sözügedən qanun layihəsi Türkiyə parlamentində deputatlar arasında bir neçə dəfə davaya səbəb olub.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti