Fransada “Charlie Hebdo” unuduldu

Fransada “Charlie Hebdo” unuduldu
  25 Fevral 2015    Oxunub:1522
Redaksiyasında terror aktı törədilən həftəlik “Charlie Hebdo” satirik jurnalının yeni nüsxəsi Fransada böyük ajiotaj doğurmayıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Jurnal yeni nüsxəsi demək olar ki, kiosklardan alınmır.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Terror aktından sonra “Charlie Hebdo”nun ilk nüsxəsi əvvəlki 60 min tiraja nisbətən jurnalın yeni nüsxəsi 3 milyon tirajla çap olunub. Lakin jurnala həddən artıq tələbatın olması nəzərə alınaraq onun tirajı 5 milyona qədər yüksəldilib. Ölkədə ən böyük üç nəşriyyat bu işə cəlb olunub.

“Charlie Hebdo”nun yeni nüsxənin ilk satış günündən əldə olunan gəlir 8 milyon avro olub.

Satirik jurnala olan abunəlik göstəriciləri də kəskin şəkildə artıb. Əgər əvvəl “Charlie Hebdo”ya 7 min nəfər üzv idisə, Parisdə törədilən terror aktından sonra bu jurnala üzv olan şəxslərin sayı 120 minə çatıb.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti