Girovların qaytarılması üçün gizli danışıqlar aparılır

Girovların qaytarılması üçün gizli danışıqlar aparılır
  25 Fevral 2015    Oxunub:1871
“Biz, əsirlərin geri qaytarılması ilə bağlı tərəflərlə gizli danışıqlar aparırıq”

“Əlimizdən gələni edirik ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanma şəraiti beynəxalq standartlara uyğun olsun”.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya paytaxtında keçirdiyi mətbuat konfransında Beynəxlalq Qırmızı Xaç Komitəsinin (BQXK) sədri Peter Maurer deyib. Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni əsirliyində olan azərbaycanlıların ailələri ilə əlaqə yaratmaları və saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olması üçün çalışır:

“Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir ki, davam edir. Bu münaqişə nəticəsində itkin və girov düşən şəxslərlə bağlı yeni heç nə deyə bilmərəm. O ki, qaldı Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə bağlı məsələyə, bu barədə də yeni heç nə deyə bilmirəm. Bu gün Dağlıq Qarabağ müharibəsi zamanı itkin və girov düşənlər barədə danışmırıqsa, bu o demək deyil ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bu işlə məşğul olmur”.
Peter Maurer erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Ermənistan tərəfinə çağırış etməkdən çəkinib.

“ABŞ Dövlət Departamenti Ermənistan tərəfinə işğal edilmiş Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırış edib. Siz də öz vəzifənizdən istifadə edib belə bir çağırışla Ermənistana müraciət edə bilərsinizmi" sualına Peter Maurer belə cavab verib: "Mən erməni əsirliyində olan azərbaycanlıların azad edilməsi ilə bağlı çağırış edə bilmərəm. Bunun bir sıra səbəbləri var. Əvvəla Beynəlxalq Qırmızı Xaç Komitəsinin 100 ildən çoxdur ki, fəaliyyət göstərməsinin səbəblərindən biri də konfedensiallıqdır. Biz, əsirlərin geri qaytarılması ilə bağlı tərəflərlə gizli danışıqlar aparırıq. Ona görə də, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mən burada ətraflı heç nə deyə bilmərəm”.


Teqlər:





Xəbər lenti