AFFA-dan `İnter`ə ağır cəza

AFFA-dan `İnter`ə ağır cəza
  24 Fevral 2015    Oxunub:1292
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
AFFA-dan AzVision.az-a verilən məlumata görə, yığıncaqda Topaz Premyer Lqasının XXIII turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Neftçi” – “Qarabağ” görüşündə hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar hərəyə 1000 manat ziyana düşüb. Matçın 36-cı dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə, bakılılar daha 1000 manat ödəyəcəklər. 38 və 40-cı dəqiqələrdə “Qarabağ” fanatları eyni hərəkətə yol verdiyi üçün ağdamlılar da 1000 manat ziyana düşüblər.

“Simurq” – “Sumqayıt” matçının 90+3-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Zaqatala təmsilçisi 2000 manat cərimə olunub.

AZAL – “İnter” görüşündən sonra baş verən qalmaqalın günahkarları da cəzasını alıb. Nəticədə “bankirlər” ümumilikdə 15 min manat xərcə düşüb. Qonaqların futbolçusu Sezar Meza Kolli rəqib futbolçuya qarşı təhqiredici jestə görə 3 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. “İnter”in fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç oyunun rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə daha ağır cəza alıb. Ona 10 oyunluq cəza, kluba 10000 manat cərimə verilib.

Qarşılaşmada hər iki komandanın iştirakı ilə baş vermiş insidentlərə görə paytaxt təmsilçiləri hərəyə 3000 manat cərimə olunub.


Teqlər:





Xəbər lenti