Azərbaycanlı iş adamı itkin düşüb

Azərbaycanlı iş adamı itkin düşüb
  23 Fevral 2015    Oxunub:2100
Ukraynanın Donetsk şəhərində keçmiş azərbaycanlı məmur, iş adamı itkin düşüb.
Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, vilayətin Krasnoarmeysk şəhəri Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov APA-ya bildirib ki, itkin düşən şəxs Ukrayna vətəndaşı, əslən Gürcüstandan olan azərbaycanlı, 55 yaşlı Füzuli Məmmədovdur.

Bir həftədən artıqdır, itkin düşən və indiyə qədər barəsində heç bir məlumat olmayan Füzuli Məmmədov Donetsk şəhəri ətrafında iri fermer təsərrüfatına malik olub və bir müddət əvvələ qədər vilayətin kənd təsərrüfatı sistemində yüksək vəzifələr tutub.

Yaxınları onun itkin düşməsi ilə bağlı müvafiq dövlət qurumlarını məlumatlandırıblar.


Teqlər:





Xəbər lenti