2 erməni öldürüldü

Bu haqda Suriyada erməni dilində çıxan "Qandzasar" qəzeti xəbər verib.
Suriyada vətəndaş müharibəsi artıq 4 ildir davam edir. BMT-nin məlumatına görə, bu vaxt ərzində 125 min insan həlak olub, 2 milyon nəfər isə qaçqın düşüb, 4 milyon insan yerini dəyişib.
Suriyada ermənilər əsasən Hələbdə və Dəməşqdə yaşayırlar. Müharibənin başlanğıcına qədər ölkənin erməni icmasını təxminən 80 min nəfər təşkil edirdi. Hal-hazırda təxminən 20 min erməni Suriyanı tərk edib – onlar əsasən Ermənistana, Livana və ABŞ gedib.
Qeyd edək ki, 3 il ərzində Suriyada təxminən 100 erməni həlak olub. (Ans)
Teqlər: