İŞİD-dən daha bir vəhşilik

Ənbar əyalətinin administrasiyasının nümayəndəsi Süleyman əl-Qabsi məscidin maksimum dağılmasına nail olmaq üçün yaraqlıların tikilinin bütün parametri boyu partladıcı yerləşdirdiklərini deyib. Onun sözlərinə görə, partlayış nəticəsində məscid təməlinə qədər dağılıb.
Ənbar əyalətində Ər-Ramadi şəhərindən 90 kilometr qərbdə yerləşən əl-Fərrux məscidinin əsası VII əsrin birinci yarısında xəlifə Ömər ibn əl-Xəttabın hakimiyyəti dövründə qoyulmuş və onun şərəfinə adlandırılmışdı. İndiyədək dəfələrlə bərpa edilən məscid son zamanlara qədər əyalət rəhbərliyinin xüsusi hesabında olub.
İraqın turizm və tarixi abidələr nazirliyinin məlumatına əsasən, İŞİD-in nəzarətində olan ərazilərdə son bir il ərzində 30-a yaxın tarixi əhəmiyyət kəsb edən dini tikili məhv edilib. Onların arasında Mosul şəhərində yerləşən Yunus Peyğəmbərin məscidi də var. (ans)
Teqlər: