Prezidentin qızına qarşı sui-qəsd planı araşdırılır

Prezidentin qızına qarşı sui-qəsd planı araşdırılır
  21 Fevral 2015    Oxunub:3816
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğana sui-qəsd təşkil olunacağı iddiaları ilə bağlı istintaq başlayıb.
Ankara Respublika Baş Prokurorluğu bəzi mətbuat orqanlarının "Prezident Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğana sui-qəsd təşkil olunacağına" dair iddialar əsasında istintaqın başladıldığını açıqlayıb.

"Prezident Rəcəb Tayyib Ərdoğanın özünün və ailəsinin təhdid edildiyini söyləməsi və bu xəbərlərin KİV-də davamlı olaraq fərqli müstəvilərdə yayımlanması əsasında Ankara Respublika Baş Prokurorluğu istintaq başlatmışdır. İstintaq Konstitusiya Cinayətləri Bürosuna həvalə edilib. Sonrakı prosesdə əgər lazım olarsa, ictimaiyyət də bu barədə məlumatlandırılacaq".


Teqlər:  





Xəbər lenti