`Xalqı qorumaq üçün hər şey edərəm` - Yanukoviç

“Ukraynada olan və hazırda gedən prosesləri ürək ağrısı ilə izləyirəm. Çox danışmaq istəmirəm, əgər tanrı mənə ömür versə, əgər tanrı mənə bu gün insanların hüquqlarını qorumaq, onları hazırda Ukraynada hökm sürən qanunsuzluqlardan qorumaq imkanını versə, onda mən əlimdən gələn hər şeyi edərəm”, - deyə Yanukoviç bildirib.
O, həmçinin vurğulayıb ki, bu haqda çox düşünüb və “xeyli yuxusuz gecələr keçirib”.
Eldar Tanrıverdiyev
AzVision.az