Şerlok Holms haqda naməlum hekayə

Şerlok Holms  haqda naməlum hekayə
  21 Fevral 2015    Oxunub:2440
Böyük Britaniyada Şerlok Holms haqqında daha əvvəl məlum olmayan hekayə aşkarlanıb.
Bu barədə AzVision.az “The Telegraph” qəzetinə istinadən xəbər verir.

Əlyazmanı aşkarlayan 80 yaşlı tarixçi Uolter Ellitoun sözlərinə görə, hekayə Konan Doyl tərəfindən Selkirk şəhərində körpünün bərpa olunması məqsədilə keçirilən xeyriyyə tədbirində satılması üçün yazılıb.

Elliot bildirib ki, o kitabı çardaqda aşkarlayıb: Bu kitab təxminən 40 və ya 50 il ərzində məndə olub. Böyük ehtimalla bu kitabı mən öz dostumdan almışam. Çünki mən onu hardansa aldığımı xatırlamıram”.

48 səhifəlik hekayə şəhər muzeyində nümayiş etdiriləcək. Hekayədə Holms və Vatsonun Selkrik şəhərinə səfərindən danışılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti