ABŞ-da rekord şaxta: 23 nəfər donub ölüb

ABŞ-da rekord şaxta: 23 nəfər donub ölüb
  21 Fevral 2015    Oxunub:1550
Ötən həftə ABŞ-ın bir sıra şərq ştatlarında qeydə alınan rekord dərəcə soyuqlar nəticəsində ən azı 23 nəfə ölüb.
Bu barədə AzVision.az “CNN” telekanalına istinadən xəbər verir.

Sakinlər arasında ən çox ölüm faktı Tennesi ştatında qeydə alınıb. Bəzi şəxslər donvurma, bəziləri isə yol-nəqliyyat hadisələri nəticəsində ölüb. Daha bir neçə nəfər isə Noks dairəsində baş verən yanğın nəticəsində həlak olub. Bundan əlavə ştatın 2700-dən çox sakini hava şəraiti ilə əlaqədar olaraq elektrik enerjisiz qalıb.

Qeyd edək ki, ABŞ-ın bir sıra ştatlarında temperatur -40 dərəcəyə qədər aşağı düşüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti