Kral xalqa 28 milyard avro paylayacaq

Kral xalqa 28 milyard avro paylayacaq
  21 Fevral 2015    Oxunub:2010
Səudiyyə Ərəbistanın yeni kralı Salman bin Əbdüləziz taxta çıxmasının şərəfinə xalqa 28 milyard avro paylayacaq.
Məlumata görə, kral qərar çıxarıb ki, dövlət qurumlarında çalışan bütün məmurlar, əsgərlər, təqaüdçülər və dövlətin dəstəyi ilə təhsil alan tələbələrə iki dəfə artıq maaş verilsin. Səudiyyə Ərəbistanında bir məmur 2100 avro maaş alır. Kralın qərarından sonra məmurlar 4200 avro mükafat alacaqlar.

Kral idman klublarını və mədəniyyət dərnəklərini də yaddan çıxarmayıb. Belə ki, bu qurumlarda çalışanlar da 28 milyarddan pay alacaqlar.

Qeyd edək ki, Kral Salmanın mükafat kimi ayırdığı 28 milyard avro Litva hökumətinin illik büdcəsinə bərabərdir.

Xatırladaq ki, Kral Salman ötən ay Kral Abdulla dünyasını dəyişəndən sonra taxta çıxıb (Anspress).


Teqlər:  





Xəbər lenti