Dünyanı çalxayan kitab nəşr olunacaq

Dünyanı çalxayan kitab nəşr olunacaq
  21 Fevral 2015    Oxunub:1595
Adolf Hitlerin "Mənim mübarizəm" ("Mein Kampf") kitabı yenidən nəşr ediləcək.

Qərb mətbuatının verdiyi məlumata görə, Münhendəki Müasir Tarix İnstitutunun araşdırmaçıları bunu 2016-cı ildə həyata keçirməyi planlaşdırır.

Bu, II dünya müharibəsindən sonra kitabın ilk nəşri olacaq. Kitab iki cilddən və 2 mindən çox səhifədən ibarət olacaq. İlk 780 səhifədə 1925-ci ildə yazılmış kitabın 27 başlığı dərc ediləcək. Qalan səhifələrdə isə araşdırmaçıların şərhləri yer alacaq.

Bununla da kitab nasizmi təbliğat etmək əvəzinə onu qınayacaq. Qeyd edək ki, Hitler kitabı həbsxanada olarkən yazıb (trend).


Teqlər:  





Xəbər lenti