Olland və Merkal Rusiyanı hədələdi

Olland və Merkal Rusiyanı hədələdi
  21 Fevral 2015    Oxunub:2450
"Biz Ukrayna böhranının həlli ilə bağlı Minsk razılaşmasının tam yerinə yetirilməli olmasına heç vaxt indiki qədər əmin olmamışıq".
Bunu Fransa prezidenti Fransua Olland Parisdə Almaniyanın kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, atəşkəs rejimi bir neçə dəfə pozulub, amma indi buna bütün cəbhə boyu əməl olunmalıdır. Olland qeyd edib ki, Minsk razılaşmasını pozan istənilən ölkə sanksiyalarla üzləşəcək.

Həmçinin Merkel qeyd edib ki, əgər bu razılaşma pozulsa Avropa Birliyi sanksiya məsələsinə baxa bilər.

Ekspertlərin fikrincə, Olland və Merkel Rusiyaya mesaj göndərərək Minsk razılaşmasına əməl edilmədiyi təqdirdə sanksiyaların sərtləşdiriləcəyini diqqətə çatdırıb.


Teqlər:





Xəbər lenti