Ermənilər Azadlıq meydanında mitinqə başladı – VİDEO

Ermənilər Azadlıq meydanında mitinqə başladı – VİDEO
  20 Fevral 2015    Oxunub:3960
Ermənistanın paytaxtı İrəvanda, Azadlıq meydanında “İrs” partiyasının təşəbbüsü ilə baş tutan mitinq keçirilib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən aksiyaya minlərlə insan qatılıb. Onlar hakimiyyətin dərhal istefa verməsini, yeni prezident və parlament seçkilərinin keçirilməsini istəyirlər.

“İrs” partiyasının lideri Raffi Ovannisyan digər müxalifət liderləri Qaqaik Çarukyan və Levon Ter-Petrosyanı və onların tərəfdarlarını da aksiyaya qatılmağa səsləyib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti