Manatın dollardan asılılığı ləğv edildi

Manatın dollardan asılılığı ləğv edildi
  16 Fevral 2015    Oxunub:3598
Azərbaycan Mərkəzi Bankı ölkədə məzənnə siyasətinin yeni əməliyyat çərçivəsi barədə məlumat yayıb.
Bankdan AzVision.az-a verilən məlumata görə, AMB-nin İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.

Məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcəkdir.

Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcəkdir.


Teqlər:





Xəbər lenti