Azərbaycanlı milyarderin sərvəti azalıb

Azərbaycanlı milyarderin sərvəti azalıb
  05 Fevral 2015    Oxunub:2588
Dünyada milyarderlərin sayı bir ildə rekord səviyyədə artaraq 2 mini keçməsinə baxmayaraq, neft qiymətlərindəki azalma səbəbindən bir çox milyarderin adı siyahıdan çıxarılıb.
Mərkəzi ofisi Çində yerləşən "Huru" araşdırma şirkətinin hazırladığı Qlobal Milyarderlər Siyahısına görə 2014-cü ildə dünyadakı milyarderin sayı 222 nəfər artaraq 2089 nəfərə çatıb.

"Huru" araşdırma şirkətinin idarə heyyətinin rəhbəri və baş tədqiqatçısı Rupert Huqeverf siyahıya yeni daxil olanların texnoloji çəkiyə malik olduğunu və hamısının yeni iqtisadiyyatdan gəldiklərini deyib.

Siyahıdakı 649 milyarderin sərvəti ötən bir il ərzində artmasına baxmayaraq 230 milyarderin sərvətində heç bir dəyişiklik baş verməyib. 839 milyarderin sərvətində isə azalma baş verib. Siyahıya 341 yeni milyarder əlavə olunmasına baxmayaraq keçmiş 95 milyarder də sərvətindəki itkilərə görə siyahıdan çıxarılıb.

Hesabata görə Bill Qeyts, Karlos Slim və Uorren Buffettın sərvəti dəqiqədə 100 min dollar artaraq ötən ilə nisbətən 52 milyard dollar artıb və bütövlükdə 244 milyard dollara yüksəlib.

2014-cü ilin ən varlı adamı Bill Qeyts seçilib. Onun ötən il gəlirləri 25 faiz artaraq 85 milyard dollara yüksəlib. Dünyanın ikinci ən varlı adamı seçilən Karlos Slimin sərvəti 38 faiz artaraq 83 milyard dollar yüksəlib. Üçüncü yerdə isə Uorren Buffett qərar tutub. Onun sərvəti ötən il 19 faiz artaraq 76 milyard dollara yüksəlib.

Neft qiymətlərindəki azalma və Ukrayna böhranına görə Qərbin sanksiyaları ilə üzləşən Rusiya milyarderlərinin ümumi gəlirlərində 60 faiz itki baş verib. Ən yüksək itkilər müvafiq olaraq 77 və 73 faiz nisbətlə Lukoilin sahibi Vladimir Yevtuşenkov və Vahid Ələkbərovun gəlirlərində baş verib. Rusiya və digər neft zəngini milyarderlərin sərvətlərindəki itkilər səbəbilə milyarderlərin ümumi gəlirləri keçən illə müqayisədə 1.5 faiz azalaraq 6.7 trilyon dollar itkiyə səbəb olub.


Teqlər:





Xəbər lenti