Yeni qanun valideynləri uşaqlardan “qoruyacaq”

Yeni qanun valideynləri uşaqlardan “qoruyacaq”
  02 Fevral 2015    Oxunub:1882
Bundan sonra Azərbaycan şirkətləri öz məhsullarını reklam edərkən yetkinlik yaşına çatmayanları nəzərə almalı olacaqlar.
AzVision.az-ın məlumatına görə, Milli Məclisdə müzakirə olunan “Reklam haqqında” qanun layihəsində uşaqlarla bağlı bir sıra qadağalar nəzərdə tutulub. Belə ki, sənədə əsasən reklamlar valideynləri, qəyyumları, tərbiyəçiləri və başqa şəxsləri uşaqların yanında nüfuzdan salmamalıdır. Eləcə də, reklamlar uşaqlarda kobudluq, nifrət hissi, aqressivlik, zərərli vərdişlər aşılamamalıdır. Ən əsası, reklamlar elə olmalıdır ki, uşaqlar həmin məhsulu almağa valideynlərini məcbur etməsin. Yəni, elə fikir yaranmasın ki, reklam olunan məhsulu istənilən adamın maddi imkanı çatar.

Həmçinin reklamlar elə hazırlanmalıdır ki, ona baxan uşaqlar öz həyat və sağlamlıqları üçün təhlükəli hərəkətlər etməsinlər.

Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayanlara aid olmayan reklamın onlara göstərilməsi qadağandır. Eləcə də, uşaqların mobil telefonlarına belə reklamların göndərilməsi də qadağan olunub. Bundan başqa, bağça və məktəblərin yaxınlığında uşaqlara təsir göstərə bilən reklam lövhələri olmamalıdır.


Teqlər:  





Xəbər lenti