Sabahın havası - yağış yağacaq

Sabahın havası - yağış yağacaq
  30 Yanvar 2015    Oxunub:2049
Yanvarın 31-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabaha Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında havanın əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq, Lənkəran və Astara zonasında isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcədən 9 dərəcəyə qədər isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti