Deputatımız AŞPA-da sədr müavini seçildi

Deputatımız AŞPA-da sədr müavini seçildi
  29 Yanvar 2015    Oxunub:1719
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dördüncü günü qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva yekdilliklə AŞPA komitəsi sədrinin müavini seçilib.

Bu, Avropa Şurası ilə Azərbaycan arasında sıx əməkdaşlığın və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək etimadın bariz nümunəsi olduğunu bir daha sübut edir. (AzərTAc)




Teqlər:





Xəbər lenti