Prezident avtomatdan atəş açdı – VİDEO

Prezident avtomatdan atəş açdı – VİDEO
  06 Yanvar 2015    Oxunub:2042
Ukrayna prezidentinin müşaviri Yuriy Biryukov öz “Facebook” səhifəsində ölkə prezidenti Pyotr Poroşenkonun avtomatdan atəş açdığı görüntülərin əks olunduğu videonu paylaşıb.
AzVision.az-ın məlumatına görə, videonun harada və necə çəkildiyi barədə məlumat verilmir.

“Yəqin ki, bu videoya görə, tənqid edəcəklər. Mən səmimi olaraq ona inanıram və ona hörmət edirəm. Lakin bu yalnız onun mənim rəhbərim olması ilə bağlı deyil”, - deyə Biryukov bildirib. Müşavirin sözlərinə görə, Poroşenko avtomatdan “ela” atəş açır.



Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Pyotr Poroşenko Jitomirsk vilayətinə səfər edib. Səfər zamanı ölkə başçısı Silahlı Qüvvələrə 150-dən çox hərbi texnika, həmçinin iki ədəd “MiQ-29” tipli qırıcı və iki ədəd “SU-27” tipli təyyarə bağışlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti