Niyə indi meymunlar insana çevrilmirlər? – ELMİ CAVAB

Niyə indi meymunlar insana çevrilmirlər? – ELMİ CAVAB
  28 Noyabr 2014    Oxunub:25627
Təkamül Təlimini tam anlamayan şəxslər bu sualı tez-tez verirlər. Halbuki, insanın necə yaranmasına dair yeganə elmi nəzəriyyə olan Təkamül Təlimində meymunun insana çevrilməsinə aid heç bir fikir yoxdur.

Təkamül Təliminə görə, meymunun və insanın ümumi əcdadları olub. Həmin ümumu əcdadın populyasiyalarından biri müasir insana, digəri müasir meymun növlərinə çevirilib.

Təkamül həyat şərtlərindən asılı olaraq baş verir. İnsan və meymunun ümumi əcdadından müasir insanın yaranmasına qədər 6,5–7 milyon il vaxt keçib. Yalnız Afrika savannalarında yaşayan populyasiyalar həyat şərtlərindən asılı olaraq bu təkamülə məruz qalıblar. Eyni canlı növünün meşələrdə yaşayan populyasiyaları tamam fərqli istiqamətdə təkamül edərək, müasir şimpanze və bonobolara çeviriliblər.

Bu gün savannalarda insanabənzər meymunlar yaşamır, ona görə heç kimin “insana çevrilməsi” prosesi də getmir. Amma bugünkü meymunlar da, insanlar da nəyəsə çevrilməkdə davam edirlər, yəni təkamül indi də fəaliyyətdədir. Sadəcə, hiss olunan dəyişiklikləri sezə bilmək üçün heç olmasa bir neçə yüz min il müşahidə aparmaq lazımdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti