İdman Kompleksində yanğın - vətəndaşlar təxliyyə edildi

İdman Kompleksində yanğın -  vətəndaşlar təxliyyə edildi
  14 Noyabr 2014    Oxunub:3024
Bu gün axşam saatlarında Sumqayıt Paralimpiya İdman Kompleksində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Şəhər Yanğından Mühafizə Xidməti əməkdaşlarının dərhal hadisə yerinə cəlb olunması nəticəsində yanğının qarşısı qısa müddətdə alınıb.

Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən AzVison.az–a bildiriblər ki, yanğın zamanı kompleksin 20 kvadratmetr sahəsi, o cümlədən iki əlil arabası və bir kondisioner yanıb. Hadisə zamanı 15 nəfər təxliyə olunub. Xəsarət alan yoxdur.

Yanğının baş vermə səbəbləri araşdırılır

AzVision.az


Teqlər:  





Xəbər lenti