Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlandı

Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlandı
  16 May 2024    Oxunub:1201
Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakinləri Bədir Mürsəlov, Şəhriyar Əndəlifov və Mahir Abdullayev saxlanılıblar. M.Abdullayevin idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı 15 kiloqram marixuana, Bədir Mürsəlovun üzərindən isə metadon həbləri aşkarlanıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır. Qeyd edək ki, Yardımlı RPŞ-nin əməkdaşlarının cari ilin ötən dövrü ərzində keçirdikləri əməliyyatlarla ümumilikdə 126 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti