Kerri: “Rusiya ilə müharibə istəmirik”

Kerri: “Rusiya ilə müharibə istəmirik”
  22 Oktyabr 2014    Oxunub:1400
ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, ABŞ Rusiya ilə münaqişəyə girmək istəmir.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“Təbii ki, biz Rusiya ilə münaqişəyə girmək istəmirik, biz Rusiya ilə bu dünyanın problemlərini həll etmək istəyirik. Ümid edirik ki, Rusiya da bunu anlayacaq”, - deyə dövlət katibi Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib.

Kerri və onun alman həmkarı Ukraynadakı böhranın aradan qaldırılması üçün Minsk sazişinin şərtlərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Kerri bu məsələdə Almaniyanın oynadığı rolu yüksək qiymətləndirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti