Erməni iş adamı Meksikada öldürüldü
Hadisə ölkənin Ensenada şəhərində baş verib. 38 yaşlı iş adamı restorandan çıxıb, maşınına əyləşən zaman naməlum şəxslər onu atəşə tutub. Qət hadisəsi ötən həftə, cümə günü törədilib.
Ölümündən bir neçə müddət əvvəl iş adamı “Banameks” bankındakı hesabından böyük məbləğdə pul çıxarıb. Hazırda Meksika polisi cinayətkarların axtarış işlərinə başlayıb.
Qeyd edək ki, erməni iş adamı tullantıların emalı üzrə şirkətin rəhbəri olub.
Eldar Tanrıverdiyev