İŞİD Bağdadı tuta bilməyəcək

İŞİD Bağdadı tuta bilməyəcək
  17 Oktyabr 2014    Oxunub:1952
Vaşinqtonun rəhbərlik etdiyi antiterror koalisiyası İŞİD-in İraqın paytaxtı Bağdadı tutmasına imkan verməyəcək. Bunu ABŞ hərbi qüvvələrinin qərargah rəisləri komitəsinin başçısı general Martin Dempsi bildirib.
Jurnalistlərin “İŞİD Bağdadı nəzarət altına ala bilərmi” sualını cavablandırarkən Martin Dempsi İraq ordusunun paytaxt ətrafında güclü müdafiə xətti yaratmağa müvəffəq olduğunu, koalisiya qüvvələrinin də doğru taktika seçdiyini deyib. M.Dempsi tək hava zərbələri ilə İŞİD qruplaşmasının öhdəsindən gəlməyin mümkün olmadığını da etiraf edib.

Komitə başçısı vəziyyətin tələb edəcəyi təqdirdə Amerika quru qoşunlarının İraqa yeridilməsi barədə ABŞ Prezidenti Barak Obamaya müraciət etməyə məcbur olacağını da istisna etməyib.
Bu arada Əl-Ənbar vilayətinin 85 faizini nəzarət altına alan İŞİD-in Ramadi şəhərinə növbəti hücumu da İraq hərbçiləri tərəfindən dəf olunub. Hazırda qruplaşmanın öz qüvvələrini Fəllucə rayonunda cəmlədiyi barədə məlumatlar gəlir. Bu, hökumət qüvvələrinin həmin istiqamətdə son dayaq nöqtəsidir. Əgər qruplaşmaya onu tutmaq müyəssər olarsa, Bağdada gedən yol İŞİD-in üzünə açılacaq.

Paytaxtın müdafiəsinə hazırlaşan İraq ordusuna 24 lüləli yaylım atəşi sistemi olan özüyeriyən yeni ağır reaktiv silahlar çatdırılıb. Bu silahlar İraq ərazisində ilk dəfə istifadə olunacaq.

Suriya cəbhəsində də vəziyyət gərginliyini saxlayır. Koalisiya qüvvələrinin Suriya ərazisindəki İŞİD mövqelərinə endirdiyi zərbələrdən sonra terrorçuların Kobaniyə hücumlarının qismən zəiflədiyi bildirilir. Lakin İŞİD qruplaşması hələ də Kobaninin təxminən yarısına nəzarət edir.


Teqlər:





Xəbər lenti