Ukraynada döyüşlər yenidən qızışdı
Bildirilir ki, ordu qüvvələri Luqansk vilayətində Smeloe məntəqəsində separatçıları blokadaya alıb. Bu zaman qızğın döyüşlər gedib. Separatçılara ağır zərbə vurulub:
"Smeloe məntəqəsində yerləşdirilmiş blokpostda vəziyyət daim dəyişir. Hazırda blokpostun şəxsi heyəti anti terror mərkəzinin digər qüvvələri ilə birgə separatçıları məhv edir".
Ukrayna hərbi qulluqçularının təhlükəsizliyin təmin olunması məqsədi ilə blokpostun yerləşdiryi əraziyə əlavə hərbi texnika və canlı qüvvə göndərilib.
Separatçılar da Ukrayna hərbçilərinin mövqelərini minaatanlardan və "Qrad" quraşdırmalarından atəşə tutur.(anspress)
Teqlər: