Putindən mətbuata qadağa

Putindən mətbuata qadağa
  15 Oktyabr 2014    Oxunub:1802
Oktyabrın 15-də Rusiya prezidenti Vladimir Putin kütləvi informasiya vasitələrinin maliyyələşməsində məhdudiyyəti nəzərdə tutan qanunu imzalayıb.

AzVision.az “Media forum”a istinadən xəbər verir ki, qanuna görə, Rusiya KİV-lərinin büdcəsində xarici səhmdarların payı ümumi məbləğin 20 faizindən çox ola bilməz. Həmçinin xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və başqa ölkənin vətəndaşlığını almış Rusiya vətəndaşlarının KİV təsisçisi olmasını yasaqlayır.

Qanunu Dövlət Duması sentyabrın 26-da, Federasiya Şurası isə oktyabrın 1-də qəbul edib. Sənəd 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minir və həmin vaxtdan başlayaraq 1 il müddətinə keçid dövrü müəyyən olunur.


Teqlər:





Xəbər lenti